Zaqatala rayonunun Muxax kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə zamanı Ford markalı avtomobil ilə VAZ-2106 toqquşub. Nəticədə iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralananlar 29 yaşlı Aytac Səfərova və 39 yaşlı Abdulla Yusubovdur. Hər iki şəxs tibbi müəssisəyə çatdırılaraq müayinə və müalicəyə götürülüb.
Hadisənin başvermə səbəblərinin müəyyən edilməsi üçün müvafiq araşdırmalar aparılır.