Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkə 2022-ci ildə baş verən “Şimal axını” qaz kəmərlərinin partladılmasında iştirak etməyib.

Zelenski mətbuat konfransında hadisənin təfərrüatlarının istintaqın predmet olduğunu vurğulayıb və «Ukraynanın bununla heç bir əlaqəsi yoxdur» deyə bəyan edib.

O, Kiyevin məsələ ilə bağlı Almaniya və digər beynəlxalq tərəfdaşlarla yüksək səviyyədə əlaqə saxladığını və istintaqa yardım göstərməyə hazır olduğunu qeyd edib.

Eyni zamanda məlumatlara görə, “Şimal axını” partlayışları çərçivəsində bəzi Ukrayna vətəndaşları saxlanılıb. Ukrayna Baş Prokurorluğu isə kəmərlərin partladılmasında ölkənin iştirakının müəyyən edilmədiyini açıqlayıb.