Zərdab rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə bu gün səhər saatlarında Qoruqbağı kəndi ərazisində baş verib. Oxu.Az-ın məlumatına görə, rayon sakini 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi Opel Astra ilə Ağdam rayonunun sakini 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi KIA Forte avtomobilləri toqquşub. Əraziyə baxış zamanı təcili tibbi yardım qrupunun göndərildiyi bildirilir. Hadisə nəticəsində hər iki sürücü və KIA Forte-nin sərnişinləri, 1963-cü il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011-ci il təvəllüdlü Tural Bəxtiyarov xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.