Türkiyənin Kapadokiya bölgəsində baş verən daş qırıntısı və uçqun nəticəsində həlak olanların qohumları və kimlikləri açıqlanıb. Bildirilir ki, ölənlərdən ikisi yenicə evlənən cütlükdür. Geyve rayonunda fəaliyyət göstərən “Geyve Medya” internet xəbər portalının rəhbəri, tanınmış jurnalist Fatih Eray Tuna ilə həyat yoldaşı Begüm Çetinkaya Tuna və onların hər ikisinin yaşı 31-dir. Cütlük iyulun 5-də nikahdan çıxıb və dincəlmək üçün Kapadokiyaya yola düşüb. Onların cənazələri ailələrinə təhvil verilib.
Hadisədə həyatını itirənlərdən üçüncü şəxs isə 37 yaşlı Fransa vətəndaşı, turist Cynthia Francine Marie Madeleine Houpertdir. Daşların altında qalan 5 nəfərdən 3-ü Fransa vətəndaşı, 2-si isə Türkiyə vətəndaşıdır. Onların müalicəsi xəstəxanada davam edir.
Xatırladaq ki, 29 oktyabr 2026-cı il tarixdə Kapadokiya Göreme Açıq Hava Muzeyinin girişində güclü sağanaq yağışlarından sonra Peri bacaları adlanan tüf qaya strukturlarından birində deformasiya baş verib və nəhəng qaya parçaları yaxınlıqdakı insanların üzərinə düşüb. Hadisə nəticəsində əvvəlcə 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə ilə bağlı hazırda istintaq davam edir.