Aktrisa Zümrüd Qasımova sosial media hesabında mərhum atası haqqında paylaşım edib.
O, paylaşımında bu gün atasının 75 yaşı olduğunu qeyd edib və onun sağ olmasını arzuladığını bildirib. Zümrüd qeyd edib ki, əgər atası yaşasaydı, həyatları tamamilə fərqli olardı.
Sənətçi yazısında atasının onları yalnız böyütmədiyini, eyni zamanda vicdanlı, mərhəmətli və başqalarının dərdinə biganə qalmayan insanlar kimi tərbiyə etdiyini vurğulayıb. O, atasının öyrətdiyi ən böyük sərvətin insanın ürəyi və vicdanı olduğunu qeyd edib.
Zümrüd həmçinin çox şeyin həyatında yarımçıq qaldığını, lakin atadan aldığı tərbiyə və dəyərlərin ailə ilə birlikdə yaşadığını vurğulayıb.