Avqustun 17-nə nəzərdə tutulan hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərbdən mülayim külək əsəcək.
Paytaxtda gecə temperatur 22–25°, gündüz 28–31° isti səviyyəsində olacaq. Atmosfer təzyiqi təxminən 759 mm civə sütunu, nisbi rütubət gecə 70–75%, gündüz isə 50–60% təşkil edəcək.
Ölkənin rayonlarında bəzi məkanlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan şəklində olması və şimşək çaxması ehtimalı var; yağışın gündüz saatlarında tədricən kəsiləcəyi proqnozlaşdırılır.
Gecə və səhər vaxtı bəzi dağlıq zonalarda duman yaranacağı ehtimal edilir. Orta və şərq rayonlarında şərq küləyi əsəcək.
Rayonlarda hava temperaturu gecə 20–25°, gündüz 30–34° isti, dağlıq ərazilərdə isə gecə 12–17°, gündüz 20–25° isti olacağı gözlənilir.