Avqustun 19-na Abşeron çimərlikləri üçün hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti bildirir ki, sabah bölgədə mülayim şimal-qərb istiqamətli külək əsəcək.
Dəniz suyunun temperaturu belə proqnozlaşdırılır: şimal çimərlikləri — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulba üçün 24–25°C; cənub çimərlikləri — Türkan, Hövsan, Sahil və Şıx üçün 25–26°C.