Mövsümlərarası keçidlə bağlı olaraq 19 sentyabrdan etibarən Bakı–Qəbələ–Bakı reyslərinin hərəkət qrafiki dəyişdiriləcək.
Azərbaycan Dəmir Yolları QSC bildirir ki, yeni qaydaya əsasən Bakıdan Qəbələyə qatarlar həftənin şənbə günü hərəkət edəcək.
Qəbələdən Bakıya qayidış reysləri isə bazar günləri təşkil olunacaq.
ADY səyahət planlayanlara həmin tarixdən sonrakı səfərlər üçün yenilənmiş qrafiki nəzərə almağı tövsiyə edir.