Dövlət Statistika Komitəsi ölkə əhalisinin sayına dair məlumat yayıb.

Komitənin məlumatına əsasən, ilin əvvəlinə nisbətən əhali 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyulun 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb.

Əhali tərkibində kişilər 49,8 faiz, qadınlar isə 50,2 faiz paya malikdir.