Cəlilabad rayonunda 30 yaşayış məntəqəsində avqustun 24-ü elektrik təminatında fasilələr olacaq.

Fasilələrin səbəbi yararsız naqillərin yenilənməsi işləridir. Təmir işlərinin icrası nəticəsində müəyyən ərazilərdə müvəqqəti enerji kəsilməsi planlaşdırılır.

Belə ki, 24 avqust saat 10:00-dan 13:00-dək rayon üzrə 2 280 abonentin enerji təminatı dayandırılacaq. Bu qrupda Kövüzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Şatırlı, Badamağac və Buravar kəndləri yer alır.

Digər mərhələ 24 avqust saat 15:00-dan 17:00-dək davam edəcək və bu zaman 9 755 abonentə elektrik verilməsi dayandırılacaq. Siyahıda Göytəpə şəhəri ilə yanaşı Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Hacıcavadlı, Çünzəli, Soyuqbulaq, Vənlik, Güneyli, Darlıq, Ağbulaq, Axtaxana, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Bəcirəvan, Şıxlar, Həziabad və Alaşar kəndləri var.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisi yenidən verilməyə başlanacaq. Elektrik kəsintisi müddətində abonentlərdən qarşılıqlı anlayış və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.