“28 May” Nəqliyyat Mübadilə Mərkəzində ekspres M1, M2 və M3 marşrutlarının təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan bir neçə marşrutun aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.

Məlumat verilib ki, dəyişiklik 2, 10, 20 və 88A nömrəli xəttlərə aiddir. Yeni təşkilata əsasən dayanacaq məntəqələri aşağıdakı qaydada müəyyənləşdirilib.

2 nömrəli marşrut: “Dərnəgül” istiqamətində dayanacaq Puşkin küçəsi, Muğan bağının qarşısında yerləşdirilib; Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətinə gedən tərəfdə isə dayanacaq Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısına köçürülüb.

10 nömrəli marşrut: Bakı Ağ Şəhər istiqamətindəki aralıq dayanacaq Puşkin küçəsi, Muğan bağının qarşısı hesab edilir.

20 nömrəli marşrut: Qaraçuxur qəsəbəsinə hərəkət edən istiqamətdə dayanacaq Puşkin küçəsi, Muğan bağının qarşısına daşınıb.

88A nömrəli marşrut: “Azadlıq prospekti” istiqamətinə gedən xətt üçün aralıq dayanacaq Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı olaraq müəyyən edilib.

Sərnişinlərdən yeni dayanacaq məntəqələrinə uyğunlaşmaq və gediş-gəlişi nəzərə almaq xahiş olunur.