Türkiyədə Süleymançılar dini cərəyanının lideri Əlixan Kuriş həbs edilib.
Ankarada aparılan istintaq nəticəsində Kuriş barəsində həbs qətimkan tədbiri müəyyənləşdirilib. Hadisə ilə bağlı Türkiyə mətbuatı məlumat yayıb.
Ankara Baş Prokurorluğunun rəhbərliyi altında keçirilən əməliyyat çərçivəsində ümumilikdə 38 şübhəli saxlanılıb, onlardan 32 nəfərə həbs tətbiq edilib. Qalan 6 şəxsə məhkəmə nəzarəti tədbirləri qoyulub.
Məlumatda bildirilir ki, avqustun 13-də başlanan istintaq zamanı təxminən 40 nəfər həbs olunmuşdu. Saxlanılanlara qarşı cinayət təşkilatı yaratmaq və ona üzv olmaq, çirkli pulların yuyulması, dələduzluq və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.
İstintaqın davam etdiyi və əlavə tədbirlərin görüldüyü açıqlanıb.