36 yaşında dünyasını dəyişən aktrisa Hayden Panettierenin son günlərinə aid görüntülər ortaya çıxıb.

Kadrlar aktrisanın ömrünün son aylarında fiziki çətinliklər yaşadığını göstərir. Həmin görüntülərdə o, yeriməkdə çətinlik çəkdiyi üçün əsadan istifadə edir.

Mart ayında Los-Anceles beynəlxalq hava limanında keçmiş sevgilisi Brayan Hikersonla görüntülənən aktrisa şiddətli bel ağrıları səbəbindən diqqət çəkib. O, həmin vaxtlarda hərəkətində məhdudiyyətlərlə üzləşirmiş.

Yaxınları bildiriblər ki, Panettiere ömrünün sonuna qədər iflic olmaqdan qorxub və bu qorxu onun gündəlik həyatına təsir göstərib. Ailəsi aktrisanın ölümünü açıqlayıb, vəfat səbəbi hələ açıqlanmayıb.

Hayden Panettiere keçmiş nişanlısı, ukraynalı boksçu Vladimir Kliçkodan Kaya adlı bir qız atasıdır. Onun qardaşı Jansen Panettiere 2023-cü ildə 28 yaşında dünyasını dəyişib; Jansenin ölümü doğuşdan gələn ürək və aorta qapağı xəstəliyinin ağırlaşmaları ilə bağlı olub.