Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr təyinatı həyata keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli imzası ilə verilən əmrlə Kamran Kərimbəyov Media monitorinqi və təhlili departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
Məlumatda həmçinin qeyd olunur ki, Kamran Kərimbəyov müğənni Nərmin Kərimbəyovanın qardaşıdır. Bir müddət əvvəl Nərmin Kərimbəyova qardaşına qaraciyərin bir hissəsini verib; əməliyyat Türkiyədə keçirilib.
Əməliyyatdan sonra ifaçı əvvəlcə reanimasiya şöbəsinə yerləşdirilib, daha sonra palataya köçürülüb. Mənbədə bildirilir ki, uzun illər Kamran Kərimbəyov Hepatit B xəstəliyi ilə mübarizə aparıb.