Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni təyinat həyata keçirilib.
İdarə Heyətinin sədri Vüsal Nəsirli tərəfindən verilən əmrlə Kamran Kərimbəyov Media monitorinqi və təhlili departamentinin rəhbəri vəzifəsinə gətirilib.
Məlumatda həmçinin qeyd olunur ki, müğənni Nərmin Kərimbəyova bir müddət əvvəl qardaşı Kamran Kərimbəyovaya qaraciyərinin bir hissəsini hədiyyə edib. Əməliyyat Türkiyədə keçirilib.
Cərrahiyyədən sonra Nərmin Kərimbəyova ilkin olaraq reanimasiya şöbəsinə yerləşdirilib, daha sonra palataya köçürülüb. Xəbərdə qeyd edilib ki, onun qardaşı uzun illərdir Hepatit B xəstəliyindən əziyyət çəkir.