İsrailin Suriyanın İdlibindəki Əbu-əd-Duhur hərbi aerodromuna endirdiyi aviazərbə Türkiyə ilə birbaşa hərbi toqquşma təhlükəsini gündəmə gətirib.

ABŞ-ın Türkiyədəki səfiri və prezidentin Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tomas Barak bu fikri The Jerusalem Post nəşrinə müsahibəsində bildirib. O, Türkiyə qüvvələrinin İsrail təyyarələrinin həmin bazaya irəliləyişi barədə məlumatlı olmadığını vurğulayıb.

Barak qeyd edib ki, avqustun 18-də, Türkiyə sərhədindən təxminən 70 kilometr aralıda yerləşən Əbu-əd-Duhur aviabazası hava hücumuna məruz qalıb. O, türk hərbçilərinin təyyarələrin məqsədini bilmədiklərinə görə özlərini təhlükədə hiss edib və qırıcılarını qaldıra biləcəklərini söyləyib, bu hal isə İsrail, Türkiyə və Suriya arasında sürətli eskalasiya riskini doğurub.

Diplomat həmçinin vurğulayıb ki, zərbə nəticəsində heç kəs həlak olmayıb və hadisə daha genişmiqyaslı münaqişəyə çevrilməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın xüsusi nümayəndəsi ölkələr arasında mümkün hərbi insidentlərin qarşısını almaq məqsədilə xüsusi mexanizmin yaradılması üzərində iş aparıldığını bildirmişdi.