Avqustun 20-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti məlumatına görə, Bakı və Abşeron yarımadasında əsasən yağmursuz hava hökm sürəcək. Gündüz saatlarında şimal-qərbdən orta gücdə külək arabir güclənə bilər.

Paytaxtda və Abşeron yarımadasında temperatur gecə 21–24° isti, gündüz isə 29–33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70–75%, gündüz 50–55% proqnozlaşdırılır.

Ölkənin digər rayonlarında da əsasən yağış gözlənilməsə də, gündüz şimal və qərb bölgələrindən başlayaraq bəzi ərazilərdə ayrı-ayrı yerlərdə yağışın yağacağı təsbit edilib. Həmin yağışların bəzi hallarda qısa müddətli leysan xarakterli, intensiv ola biləcəyi, şimşək çaxacağı və dolu düşməsi ehtimalı vurğulanıb.

Gecə və səhər saatlarında bəzi dağlıq məntəqələrdə dumanın yaranacağı, qərb rayonlarında gündüz küləyin bəzi yerərdə güclənəcəyi gözlənilir.

Rayonlarda temperatur gecə 20–24° isti, gündüz 33–38° isti təşkil edəcək. Dağlıq ərazilərdə gecə 12–17° isti, gündüz 20–25° isti proqnozlaşdırılır.