Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Müştəri Xidmətləri Mərkəzinin (MXM) nümayəndəsi vakansiyası üzrə kadr axtarışına çıxıb.

Vəzifə çərçivəsində MXM nümayəndəsi səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək, gələn sorğuları müvafiq şöbələrə yönləndirəcək və səfirlik icmasına keyfiyyətli, operativ xidmət göstərilməsinə kömək edəcək.

Vakansiya üçün tələb olunan şərtlər arasında ən azı iki il universitet təhsili, inzibati və ya müştəri xidmətləri sahəsində ən azı altı aylıq iş təcrübəsi göstərilib. Namizədin ingilis, Azərbaycan və rus dillərində yaxşı iş səviyyəsində biliyə malik olması tələb olunur.

Vakansiyanın təklif etdiyi illik əməkhaqqı 23,575 dollar, yəni təxminən 40 min manat məbləğindədir.