Abşeron yarımadasının çimərlikləri üçün hava şəraiti barədə xəbərdarlıq verilib.

21 avqust tarixi üçün proqnoza görə, şimal-qərb istiqamətindən əsən külək gün ərzində arabir güclənəcək.

Dəniz suyunun temperaturuna görə bölüşdürmə belədir: şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulba ərazilərində suyun temperaturu 24–25°C aralığında olacağı gözlənilir.

Cənub çimərliklərində — Türkan, Hövsan, Sahil və Şıx məntəqələrində dəniz suyunun temperaturu isə 25–26°C arasında proqnozlaşdırılıb.