Abşeron çimərlikləri üçün avqustun 17-nə hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti bildirir ki, həmin gün mülayim şimal-qərb istiqamətindən esən külək olacaq.

Dəniz suyunun temperaturu bölgələr üzrə belə proqnozlaşdırılır:

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) suyun temperaturu 24–25 dərəcə,

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25–26 dərəcə isti olacağı gözlənilir.