İran rəhbərliyi ABŞ hərbçilərinə qarşı əməliyyat həyata keçirən hərbçiyə mükafat vəd edib.
Məsələ ilə bağlı açıqlama İran ordusunun komandanı, general-leytenant Əmir Hatəmi tərəfindən verilib. O, ölkənin bu tip addımı rəsmən təsdiqlədiyini bildirib.
Komandanın sözlərinə görə, mükafatın məbləği 30 min dollar təşkil edir. Əmir Hatəmi əlavə edib ki, hər hansı İran hərbçisi təcavüzkar hesab etdiyi bir Amerika hərbçisini tuta və ya öldürə bilsə, 30 min dollar alacaq.
Verilən açıqlamada mükafatın tətbiq şərtləri və konkret prosedurlar barədə əlavə məlumat yer almayıb.