Abşeron çimərlikləri üçün avqustun 17-nə hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, həmin gündə mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulba üçün 24–25 dərəcə, cənub çimərliklərində — Türkan, Hövsan, Sahil və Şıx üçün 25–26 dərəcə isti olacağı bildirilib.