Abşeron rayonunda müxtəlif vaxtlarda altı avtomobildən pul, mobil telefonlar, səsgücləndiricilər və digər qiymətli əşyaların oğurlanması faktları qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən yayılan məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində talama törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxsin 32 yaşlı C. Mikayılov olduğu, əvvəllər məhkum edildiyi bildirilir. Aparılan araşdırmalar zamanı onun rayon ərazisində yerləşən iki marketdən də oğurluq etdiyi müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı istintaq və əməliyyat tədbirləri davam etdirilir.