Abşeron rayonunda müxtəlif vaxtlarda altı avtomobildən pul, mobil telefonlar, səsgücləndiricilər və digər qiymətli əşyaların oğurlandığı aşkarlanıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, rayon polis idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində talama cinayətlərində şübhəli bilinən 32 yaşlı C.Mikayılov müəyyən edilərək saxlanılıb. Məlumata görə, o, əvvəllər də məhkum olub.

Araşdırmalar zamanı C.Mikayılovun rayon ərazisində yerləşən iki marketdən də oğurluq etdiyi müəyyən edilib. Faktlarla bağlı istintaq və araşdırma davam etdirilir.