2026/2027-ci tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul planının həcmi açıqlanıb.

Qəbul planına əsasən, V ixtisas qrupu üzrə Azərbaycan bölməsinə 1 471 yer, rus bölməsinə 115 yer və hər iki bölmənin birgə müsabiqəsi üzrə 3 149 yer olmaqla ümumilikdə 4 735 plan yeri müəyyən edilib.

Dövlət sifarişi çərçivəsində ayrılan plan yerlərinin ümumi sayı 1 543 təşkil edir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar arasında ən çox plan yeri ümumi fiziki hazırlıq ixtisasına ayrılıb — 585 yer. Digər ixtisaslara ayrılan yerlər belədir: dizayn — 460 yer, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi — 455 yer, instrumental ifaçılıq — 302 yer və təsviri incəsənət müəllimliyi — 285 yer.