Azərbaycan Dəmir Yolları sərnişin axınının artmasını nəzərə alaraq 19 və 21 avqust tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reyslərinin həyata keçiriləcəyini elan edib.

Bundan başqa, həmin istiqamət üzrə ənənəvi cədvəl əsasında gündəlik Bakı–Qazax–Bakı səfərlərinin davam etdiyi bildirilib.

Sərnişinlər biletləri Bakı və Gəncə dəmiryol vağzallarının kassalarından, təşkilatın rəsmi saytından və “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə edə bilərlər.