Azərbaycan qatarlarında bu ilin əvvəlindən oktyabrın 15-dək 800-dən çox əşya unudulubmuşdur. Yeni Sabah xəbər verir ki, unudulan əşyaların təxminən 250-si əməkdaşlar tərəfindən sahibinə qaytarılıb. Qalan əşyalar isə hələ də sahibini gözləyir.

Ən çox unudulan əşyalar geyim və aksessuarlar, çantalar, telefon və adapterlər, sənədlər, bank kartları və yemək qablarıdır. Ən çox unudulan marşrutlar Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə istiqamətləridir.

Məlumata görə, oktyabrın 15-dək qeydə alınan 800-dən çox əşyanın təxminən 30 faizi sahiblərinə təhvil verilib. Bu isə orta hesabla ayda 80-90 əşyanın qatarlarda unudulması deməkdir.

Sərnişinlərə qatardan düşərkən şəxsi əşyalarını götürməyi unutmamaq tövsiyə olunur. Əşyalarını unudan sərnişinlər vağzal növbətçisinə və ya 1822 Əlaqə Mərkəzinə müraciət edə bilərlər.