Yaponiyada qan qrupları ilə zəka səviyyəsi arasındakı əlaqəni araşdıran tədqiqatın nəticələri hazırkı müzakirələrə yol açıb. Mənbə iddia edir ki, IV (AB) qan qrupuna sahib şəxslər analitik düşünmə qabiliyyəti ilə fərqlənir.
Qan qrupları ilə bağlı yayılmış məlumatlarda I (O) qrupunun liderlik, II (A) qrupunun detallara diqqət, III (B) qrupunun isə yaradıcılıq xüsusiyyətləri ilə əlaqələndirildiyi bildirilir. Həmin araşdırmanın nəticələri IV (AB) qrupu üçün həm analitik, həm də yaradıcı düşüncənin önə çıxdığını göstərir.
Qeyd olunur ki, Azərbaycanda geniş istifadə olunan təsnifat əsasında qruplar I, II, III və IV kimi göstərilir. Hər qrup müsbət (+) və ya mənfi (−) rezus faktoruna malik ola bilər.