Dəmiryol keçidlərində təhlükəsiz hərəkətin təmin edilməsi əsas prioritetlərdəndir.
"Azərbaycan Dəmir Yolları" QSC yayılan məlumatda bildirir ki, 2026-cı ilin yanvar-iyul aylarında belə keçidlərdə 21 təhlükəli hadisə qeydə alınıb.
Məlumatda göstərilir ki, tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücülər və piyadalar arasında xəsarət alanlar və həyatını itirən şəxslər olub.
Hadisələrin qarşısını almaq üçün dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin quraşdırılmasına başlanılıb.
Qurum sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol keçidlərində daha diqqətli və məsuliyyətli olmağa çağırır.