Cari ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli hadisə baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC bu göstəricini açıqlayıb və yol hərəkəti iştirakçılarını qatar relslərinə çıxmamağa çağırıb.
Qurum sürücü və piyadaları dəmiryol keçidlərində məsuliyyətlə davranmağa, təhlükəsizlik qaydalarına riayət etməyə və diqqətli olmağa səsləyir.
ADY eyni zamanda bu tip keçidlərdə qanun və təhlükəsizlik tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb.