İran Prezidenti Məsud Pezeşkian danışıqlar zamanı əldə edilən nəticələrin Ali Milli Təhlükəsizlik Şurasında təsdiqlənməsinin böyük bir nailiyyət olduğunu söyləyib.
“Bu müqavilədə öhdəlik və ya təslimçilik ifadə edən bircə bənd belə yoxdur, bütün öhdəliklər digər tərəflə bağlıdır,” — deyə o əlavə edib.
Prezident Pezeşkian bildirib: “Müharibəni bu gün, bütün dünya qələbəmizi etiraf etdiyi və dünyada Amerikaya nifrət edildiyi bir vaxtda bitirmək daha yaxşıdır.”
O həmçinin vurğulayıb ki, sərhədin o biri tərəfində oturub düşməni İrana hücum etməyə dəvət edənlər iranlı deyillər.