ABŞ Prezidenti Donald Trampın mətbuat katibi Kerolayn Livittin ayın sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb. Onun istefası Ağ Evdə mətbuat xidmətinin gələcəyi ilə bağlı suallar yaradıb.
Ağ Ev rəhbərliyindən bildirilib ki, Livittinin gedişindən dərhal sonra yeni mətbuat katibi təyin edilməyəcək. Qərarın qəfil olduğu və hazırda namizədin olmadığı vurğulanıb.
Bu vəziyyət ABŞ-da ara seçkilərə üç aydan az vaxt qaldığı bir mərhələdə mətbuat katibinin olmaması ilə nəticələnə bilər. Administrasiya Livittinin getməsindən sonra mətbuat brifinqlərini yüksək vəzifəli şəxslərin növbə ilə keçirəcəyini açıqlayıb.
Siyahıda Vitse-prezident Ceyms Devid Vens, Dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent də yer alıb. Qeyd olunub ki, bu şəxslər Livittin analıq məzuniyyəti zamanı da mətbuat otağında jurnalistlərin suallarını cavablandırıblar.
Prezident Tramp Kerolayn Livittinin vəzifədən ayrılmasının səbəbi kimi ailəsinə və uşaqlarına daha çox vaxt ayırmaq istədiyini göstərib. Livittin 28 yaşındadır və ayın sonunda vəzifəni tərk edəcək.