Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağdaş-Qəbələ magistral yolunun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, VAZ-2107 markalı nəqliyyat vasitəsinin sürücüsü qəfil nəzarəti itirib və avtomobil yolu tərk edərək su kanalına düşüb.

Hadisə yerində olan şəxslər sürücüyə yardım edərək onu avtomobildən çıxarıblar. Qəza nəticəsində heç bir kəs xəsarət almayıb.

Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.