Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Ağdaş-Qəbələ magistralının Dəhnəxəlil kəndindən keçən hissəsində baş verib. Məlumata görə, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəni itməyib, nəqliyyat vasitəsi su kanalına aşıb.

Ətrafdakı şəxslərin köməyi ilə avtomobilin sürücüsü çıxarılıb. Qəza nəticəsində kimsənin xəsarət almadığı bildirilib.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.