Ağsu bazarında limon almaq üçün gedən şəhid atası və həyat yoldaşı ilə satıcı arasında mübahisə baş verib.

Zərərçəkən bildirib ki, onlar oğullarının mövludu üçün bazara əşyalar almağa çıxmış, limonu seçib yığırlarkən satıcı buna icazə verməyib, sonra isə onların götürdüklərini əlindən alaraq yerinə qoyub. Bu məqamdan sonra tərəflər arasında münaqişə yaranıb.

Hadisə zamanı satıcının əl-qol atdığı, xanımın üzərində təzyiqin yüksəlməsi üzündən onu xəstəxanaya apardıqları bildirilib.

Polis əməkdaşları tərəfindən saxlanılan 33 yaşlı Rüstəm Səmədov barəsində inzibati protokol tərtib edilib. R. Səmədov müştərinin şəhid atası olduğunu öyrəndikdən sonra üzr istədiyini bildirib.

Məhkəmənin qərarı ilə R. Səmədov 4 gün müddətinə inzibati qaydada həbs edilib.