Tərtərdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan digər piyada da dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin regional qrupundan verilən məlumata görə, bu gün saat 18 radələrində Bərdə rayon sakini Zülfüqar Hidayət oğlu Bayramovun idarə etdiyi VAZ-2107 markalı avtomobil yolu nəzərdə tutulmayan yerdən keçən Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub.
Nəticədə hər iki piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.