Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Görməyə dəyər” sosial layihəsi çərçivəsində növbəti tibbi aksiya təşkil olunub. Aksiyada “Referans Medical Group” tərəfdaş kimi iştirak edib və tədbir “Abşeron” sağlamlıq və istirahət mərkəzində keçirilib.
Mərkəzdə istirahət edən və müalicə kursu keçən 67 həmkarlar ittifaqı üzvü həkim-oftalmoloq tərəfindən ödənişsiz gözdən keçirilib. Müayinə zamanı görmə problemləri aşkarlanan şəxslərə mütəxəssislər tərəfindən zəruri tibbi məsləhətlər verilib.
Həkimlər tərəfindən eyni zamanda müvafiq müalicə kursları təyin olunub. Layihənin məqsədi vətəndaşların sağlamlığının qorunması və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına xidmət etməkdir.
“Görməyə dəyər” sosial təşəbbüsü çərçivəsində indiyədək keçirilən tibbi müayinələr təxminən 370 nəfəri əhatə edib.