Oktay Əmənullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru vəzifəsinə gətirilib.
Təyinatla bağlı əmr TƏBİB-in İcraçı direktoru Anar Bayramov tərəfindən imzalanıb.
İxtisasca terapevt olan Oktay Əmənullayev 2025-ci ildən bu təyinata qədər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edib. 2020-2025-ci illərdə isə o, Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru olub.
Xatırladaq ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına əvvəlki rəhbər Nuridə Məmmədova idi. O, bu ayın əvvəlində yaşayış yerinin dəyişməsi ilə bağlı öz ərizəsi əsasında vəzifəsindən azad edilib.