Türkiyənin Yeni Partiyasının Qaziantepdən deputatı Melih Meriç keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb.

Hücumçunun CHP Oğuzeli rayon sədri Seydi Ahmet Keleş olduğu bildirilir. Meriç dərhal xəstəxanaya çatdırılıb və vəziyyətinin ağır olduğu açıqlanıb.

Məlumatlara görə, Meriçin həyatı üçün təhlükə mövcuddur. Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma başladılıb.