Türkiyənin tanınmış ifaçısı Ajda Pekkan haqqındakı 25 min dollar dəyərində xüsusi vasitə iddialarına münasibət bildirib.
Məlumatlara görə, sənətçinin gənc görünüşünün sirrinin Taylanddan gətirilən və qiyməti təxminən 25 min dollar olan xüsusi məhsul olduğu iddia edilmişdi. Pekkan həmin iddianı qəti şəkildə yalanlayıb.
Müğənni bildirib ki, belə bir “iksir” istifadə etmir və bahalı, əlçatmaz vasitələrə üstünlük vermir. O, gənc görünməsinin əsas səbəbi kimi genetik faktoru göstərib və bununla bağlı fikirlərini belə ifadə edib: “İnsan gəncliyində necədirsə, DNT-si də odur. Mən sadəcə xırda toxunuşlar etdirirəm.”
Pekkan daha əvvəl həyat tərzi və gündəlik rejimi barədə danışaraq erkən yatdığını və təxminən səkkiz saat yuxu aldığını, səhərlər ilıq suya bir çay qaşığı bəkməz və bir qədər limon əlavə etdiyini vurğulayıb.
Müğənni yayılan bu tip xəbərlərin ona məyusluq verdiyini bildirərək iddiaları hazırlayanlara narazılığını çatdırıb.