Rusiya Nəqliyyat Nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa edib.
O, Telegram hesabında müşavirlik postundan ayrılmaq qərarını çatdırıb və istefasını təsdiq edib.
Qeyd edək ki, Çadayev avqustun 17-də Azərbaycan Baş Prokurorluğu tərəfindən terrorizm çağırışları ilə əlaqədar beynəlxalq axtarışa verilən üç Rusiya vətəndaşından biri olub.
Hadisənin digər təfərrüatları və istefanın səbəbləri barədə əlavə açıqlamalar hələ verilməyib.