Fransanın Büdcə Nazirliyi dövlət idarələrinin kibertəhlükəsizlik sistemlərindəki zəiflikləri aşkar etmək məqsədilə süni intellekt alətlərindən istifadə edəcək.

Nazirin açıqlamasına görə, bu addım vergi agentliyinə qarşı həyata keçirilən genişmiqyaslı haker hücumundan sonra təhlükəsizlik sistemlərinin sınaqdan keçirilərək gücləndirilməsi üçün atılır. Büdcə naziri David Amiel bu tədbirin tətbiq olunacağını bildirib.

Rəsmi məlumatda qeyd edilib ki, ötən həftə İqtisadiyyat və Maliyyə Nazirliyinin açıqlamasına əsasən kiberhücum nəticəsində təxminən 700 min vergi ödəyicisinin fərdi məlumatları oğurlanıb.

Fransanın vergi idarəsinin rəhbəri Ameli Verdye isə bazar ertəsi günü yeni məlumat sızıntısının aşkar edildiyini və onunla bağlı araşdırmanın davam etdiyini bildirib.