Aparıcı Kamilə Babayevanın anası evində ölü vəziyyətdə tapılıb.

Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 77 yaşlı Babayeva Münəvvər Yəhya qızı yaşadığı mənzildə, bağlı qapı arxasında aşkar edilib.

Məlumata görə, mərhumə ürək xəstəliyindən əziyyət çəkib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.