Astara rayonunun Siyaku kəndində 60 yaşlı kişinin ölüm hadisəsinin təfərrüatı müəyyən edilib.
Kənd sakini Fazil Söhbət oğlu Fətəliyev 1966-cı ildə anadan olub. O, Bakıda yaşadığı evdən anasının yaşadığı Siyaku kəndinə qonaq gəlmişdi.
Hadisə vaxtı Fətəliyev həyətdə əncir yığmaq istəyib. İlk olaraq bir vedrə əncir toplayan kişi daha sonra təkrar əncir toplamaq məqsədilə ağaca çıxıb.
Ağacın budağı qəfil qırılıb və nəticədə Fətəliyev yıxılaraq ağır kəllə-beyin travması alıb. Təcili tibbi yardım briqadası hadisə yerinə çatdırdığı yaralıyı xəstəxanaya apararkən yolda onun vəfat etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar Astar Rayon Prokurorluğu tərəfindən aparılır.