Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu avqust ayına aid pensiya ödənişlərini respublika üzrə tamamlayıb.
Məlumata görə, avqustun 14-də Bakı və Sumqayıt şəhərləri ilə Abşeron rayonunda, həmçinin Naxçıvan Muxtar Respublikasında pensiyalar ödənilib.
Bildirilib ki, bu gün ölkənin digər bölgələrində qeydiyyatda olan şəxslərə avqust ayı üzrə pensiyalar və güzəştli şərtlərlə təyin edilmiş pensiyalar verilir.
Ödənişlərin tam şəkildə yekunlaşdırıldığı vurğulanıb.