Elektrik verilişinin keyfiyyətinin yüksəldilməsi və artan yük tələbatının ödənilməsi məqsədilə avqustun 13-də 10 kV-lıq hava elektrik xətlərində təmir işləri keçiriləcək.
Ağdaş Elektrik Şəbəkəsinin xidmət ərazisində, Yuxarı Zeynəddin kəndi və şəhər hissəsində Səməd Vurğun, Arif Heydərov, Ağalı, Fariz Səfərov və Müşfiq İsayev küçələrinin müəyyən hissələrində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət qoyulacaq.
Göyçay rayonunda şəhərin Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrində planlaşdırılan işlərə görə saat 10:00-dan 15:00-dək enerjinin verilməsi dayandırılacaq.
Yevlax rayonunda isə planlı fasilə saat 10:00-dan 16:00-dək Aşağı Bucaq, Ərəş, Xaldan, Qaraoğlan, Qəribli, Quşçu və Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərini əhatə edəcək.
Təmir işləri başa çatdıqdan sonra qeyd edilən məntəqələr daha sabit və keyfiyyətli elektrik təchizatı ilə təmin olunacaq.