Avqustun 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi bildirilir. Gecə temperatuur 22-25° isti, gündüz isə 28-31° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60% səviyyəsində proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında arabir yağışın müşahidə olunacağı, ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli yağışlar və şimşək çaxma ehtimalının olduğu vurğulanır. Yağışların gündüz tədricən kəsəcəyi gözlənilir.

Gecə və səhər saatlarında bəzi dağlıq zonalarda duman yarana bilər. Regionlarda əsasən şərq küləyi əsəcək.

Rayonlar üzrə temperatur belə proqnozlaşdırılır: gecə 20-25° isti, gündüz 30-34° isti; dağlıq ərazilərdə gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.