Elektrik enerjisinin verilmə keyfiyyətinin artırılması və artan yük tələbatının təmin edilməsi məqsədilə avqustun 19-da Ağdaş və Göyçay rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri həyata keçiriləcək.
Ağdaş Elektrik Şəbəkəsinin xidmət ərazisində saat 11:00-dan 14:00-dək Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan və Pirəzə kəndlərinin bir hissəsində elektrik təchizatında məhdudiyyət tətbiq olunacaq. Həmçinin saat 10:00-dan 13:00-dək Yuxarı Qəsil və Kükəl kəndlərini, eləcə də Ləki dörd yol ərazisini planlı fasilə əhatə edəcək.
Göyçay Elektrik Şəbəkəsinin ərazisində isə Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi hissələrində saat 10:00-dan 12:00-dək enerji verilişində fasilə olacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha dayanıqlı və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunacağı bildirilib.