Avqustun 19-da ölkə üzrə hava şəraiti əsasən yağmursuz olacaq, gündüz bəzi dağlıq zonalarda isə qısamüddətli leysan müşahidə edilə bilər.

Bakıda və Abşeron yarımadasında yağıntı gözlənilmir. Mülayim şimal-qərb istiqamətli külək əsəcək. Hava gecə 22-25°, gündüz isə 29-33° isti olacaq.

Atmosfer təzyiqinin 756 mm civə sütunu olacağı proqnozlaşdırılır. Nisbi rütubət gecə saatlarında 70-75%, gündüz 50-55% civarında saxlanacaq.

Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysanlar və şimşək çaxması ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq yerlərdə arabir duman yaranması gözlənilir.

Regionlarda şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti, dağlıq ərazilərdə gecə 12-17°, gündüz 20-25° isti təşkil edəcək.