Avqustun 19 və 21-də Bakı–Ağstafa–Bakı xətləri üzrə əlavə qatar reysləri təşkil ediləcək.
Bu qərar “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən verilmiş və əlavə reyslərin sərnişin axınını ödəmək məqsədilə planlaşdırıldığı bildirilib.
Eyni zamanda, qeyd olunur ki, həmin istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi cədvələ uyğun olaraq hər gün səfərlər davam edir.
Qrafikə əsasən, reyslər bazar ertəsi və çərşənbə günləri Bakıdan, çərşənbə axşamı və cümə axşamı isə Ağstafadan yola çıxacaq.
Biletləri Bakı və Gəncə dəmiryol vağzallarının kassalarından, QSC-nin rəsmi internet səhifəsindən və ya "ADY Mobile" mobil tətbiqindən əldə etmək mümkündür.